Şura 22 xarici ölkə QHT-nin layihəsini maliyyələşdirəcək

Şura 22 xarici ölkə QHT-nin layihəsini maliyyələşdirəcək
# 11 iyul 2014 15:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şura sədri Azay Quliyev qurumun xarici QHT-lər üçün elan etdiyi II qrant müsabiqəsinin nəticələri, 2014-cü ilin II rübündəki fəaliyyəti və vətəndaş cəmiyyəti sektorunda mövcud problemlər haqqında danışıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun 2014-cü ilin II rübü ərzindəki fəaliyyətinə dair hesabatın Şura üzvlərinə təqdim edildiyini bildirərək, sənədin ayrı-ayrı fəsilləri haqqında ətraflı məlumat verib. Şuranın II qrant müsabiqəsi çərçivəsində 5 mövzu üzrə 15 dövlətdən 42 layihə təklifi qəbul edilib, onlardan 22-si haqqında ekspertlər müsbət rəy verib.

Hesabat ətrafında çıxış edən Şura üzvləri 2014-cü ilin II rübü ərzində görülən işləri qənaətbəxş hesab etdiklərini bildirərək, təklif və rəylərini səsləndiriblər. Şura üzvləri 22 xarici ölkə QHT-nin layihəsinin dəstəklənməsi ilə bağlı da qərar qəbul ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR