Təhsil naziri 700 bal toplayan abituriyentlər və onların valideynləri ilə görüşüb

Təhsil naziri 700 bal toplayan abituriyentlər və onların valideynləri ilə görüşüb
# 21 avqust 2013 12:53 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Avqustun 21-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan 6 nəfər abituriyent və onların valideynləri ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan abituriyentləri əldə etdikləri uğurlara görə təbrik edib, onların gələcəkdə yüksək səviyyəli mütəxəssis kimi yetişəcəklərinə inandığını söyləyib. Abituriyentlərin belə möhtəşəm nailiyyət qazanmasında təhsil aldıqları məktəblərin, müəllimlərin mühüm rolunu qeyd edən nazir xüsusilə onların ailələrinə və valideynlərinə minnətdarlığını bildirib.

Abituriyentlər təhsil aldıqları məktəblər, müəllimləri və valideynləri haqqında təhsil nazirinə məlumat veriblər. Övladlarının əldə etdiyi yüksək uğurlara görə qürur hissi keçirdiklərini söyləyən valideynlər onların seçdikləri ixtisaslara dərindən yiyələnəcəklərinə əminliklərini ifadə ediblər.

Görüşün sonunda ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərə Təhsil Nazirliyi adından qiymətli hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR