Təhsil naziri: “Dilemma qarşısındayıq” - VİDEO

Təhsil naziri: “Dilemma qarşısındayıq” - <span style="color: red;">VİDEO
# 12 mart 2014 08:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Təhsil sektoru ilə biznes sektoru arasında boşluq var. Bu boşluq aradan götürülməlidir, ancaq dilemma qarşısındayıq”.


APA-nın verdiyi məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya Sammitində çıxışında söyləyib.


Nazir deyib ki, bir çox məzunlar üçün iş yerləri mövcud deyil: “Əsas məsələ odur ki, biz bunu necə edə bilərik. Burada çeviklik əsasdır. Minlərlə azərbaycanlı tələbə xaricdə təhsil alır, onlardan yüzlərlə kadr Azərbaycana dönür, iqtisadiyyat və digər sahələrdə işləməyə başlayırlar. Neft Fondu təhsil sahəsində görülən işlərə dəstək verir. Bəs sonra necə olacaq? Xaricdən yüksək səviyyəli kadrlar dəvət olunur ki, Azərbaycanda kadrlar yetişsin. Biz nəyisə dəyişdiririksə, bunun hansısa nazirdən asılı olmadığına əmin olmalıyıq. Biz hər şeydə davamlılığı əsas götürməli, kiminsə edəcəyinə arxayın olmamalıyıq. Biz böyük şirkətlərin imkanlarından yararlanırıq. Kadr sahəsində problemlərin tam olaraq neçə il sonra aradan qaldırılacağını isə söyləyə bilmərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR