Təhsil naziri ali məktəblərdə dövlət imtahanlarının ləğvi məsələsinə münasibət bildirib

Təhsil naziri ali məktəblərdə dövlət imtahanlarının ləğvi məsələsinə münasibət bildirib
# 28 avqust 2013 11:59 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsindəki suallar əsasında verdiyi müsahibəsində deyib.

M. Cabbarov qeyd edib ki, gələcəkdə ali təhsil sistemində dövlət imtahanlarının ləğvi nəzərdə tutulmayıb: “Burada dövlət imtahanının nəinki ləğvini nəzərdə tutmuruq, əksinə gələcəkdə biliklərin unifikasiya edilmiş şəkildə ölçülə bilməsi, yəni müxtəlif universitetlərin imtahan, tədris sistemlərindən keçmiş tələbələrin eyni meyarlara əsasən əldə etdiyi biliklərin yoxlanması imkanlarını araşdırırıq. Bunun üçün dövlət imtahanı çox faydalı funksiya yerinə yetirə bilər. Ali təhsil sistemində oxuyan tələbələr hər hansı şəkildə tələbəlik vaxtını yalnız və yalnız təhsilə yönəltsinlər. Təhsildən sonra əsas onların hansı biliklərlə ali təhsili bitirmələri, ikincisi isə diplomda olan qiymətlər və rəqəmlərdir. Təhsil Nazirliyi olaraq bizim işimiz ondan ibarət olacaq ki, diplomda göstərilən qiymətlərlə real biliklər arasında heç bir fərq olmasın, diplomlarda məhz biliklər əks etdirilsin”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR