Təhsil naziri ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib

Təhsil naziri ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib
# 13 mart 2013 13:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Misir Mərdanov ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas və fənn proqramları üzrə imtahanların təşkilinin və istehsalat təcrübəsinə hazırlıq vəziyyətinin monitorinqi barədə əmr imzalayıb. Nazirlikdən APA-ya verilən xəbərə görə, əmrdə qeyd olunur ki, bu il fevralın 11-15-də Bakı şəhərinin 3, 6, 9, 14, 17 saylı peşə liseylərində və 1, 6 saylı peşə məktəblərində ixtisas və fənn proqramları üzrə imtahanların təşkilinin və istehsalat təcrübəsinə hazırlıq vəziyyətinin monitorinqi keçirilib.

Monitorinq keçirilən təhsil müəssisələrində imtahanlar ümumilikdə “Peşə məktəbi və peşə liseylərində imtahanların aparılması və şagirdlərin kursdan-kursa keçirilməsi haqqında” təlimata uyğun keçirilsə də, bəzi müəssisələrdə müəyyən çatışmazlıqlar aşkar edilib. Təhsil naziri müəyyən edilən çatışmazlıqların aradan qaldırılması, gələcəkdə imtahanların və istehsalat təcrübəsinin daha səmərəli şəkildə təşkil edilməsi məqsədi ilə əmr edib ki, imtahan keçirilən “İKT proqramları”, “Mühasibat uçotu” fənlərindən imtahanqabağı hazırlıq işlərini qismən yerinə yetirdiklərinə görə 17 №-li Bakı peşə liseyinin direktoru Qəhrəman Hacıyevə və həmin liseyin tədris istehsalat işləri üzrə direktor müavini Azad Qədirova, tədris planının tələblərinə əməl etmədiyi üçün isə 1 №-li Bakı peşə məktəbinin direktoru Pərviz Əliyevə xəbərdarlıq edib. Bundan əlavə, imtahanların və istehsalat təcrübəsinin təşkil edilməsi işində əmək müqaviləsi üzrə əmək funksiyalarını və öhdəliklərini yerinə yetirmədiyinə görə 1 №-li Bakı peşə məktəbinin tədris–istehsalat işləri üzrə direktor müavini Nazim Nağıyevlə bağlanmış əmək müqaviləsi ləğv edilsin. 3 №-li Bakı peşə liseyinin direktoru S.Məmmədovaya tapşırılıb ki, imtahanlara hazırlıq mərhələsində və imtahanların keçirilməsi prosesində işəgötürən təşkilatların nümayəndələrinin cəlb edilməsini təmin etsin və imtahan suallarının praktika yönümlü olmasına üstünlük versin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR