Təhsil naziri müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə əmr imzalayıb

Təhsil naziri müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə əmr imzalayıb
# 30 avqust 2013 14:00 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Təhsil naziri müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə əmr imzalayıb. Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Əmrə əsasən, 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri təsdiq edilib və rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə 5 gün müddətində müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərin sənədlərini yoxlayıb, onlarla əmək müqavilələrinin bağlanmasını təmin etməlidirlər.

Əmrdə o da qeyd olunur ki, müsabiqə yolu ilə işə qəbul olunaraq pedaqoji fəaliyyətə başlayan müəllimlər, həmçinin dərs ili başlandıqdan sonra real vəziyyət təhlil olunmaqla, ciddi ehtiyac olan vakant yerlər barədə sentyabrın 20-dək Təhsil Nazirliyinə rəsmi məlumat təqdim edilməlidir.

Aparat rəhbərinin müavininə və eyni zamanda, Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdirinə 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinin geniş təhlilini aparmaq və yekunlarına dair rəhbərliyə hesabat təqdim etmək tapşırılıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə görə ümumilikdə 1474 nəfər vakant vəzifələri tutmaq hüququnu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR