Təhsil naziri Xırdalanda vətəndaşları qəbul edəcək

Təhsil naziri Xırdalanda vətəndaşları qəbul edəcək
# 08 iyul 2014 08:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. İyulun 14-də təhsil naziri Mikayıl Cabbarov Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlar 8, 9, 10, və 11 iyul tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR