Təhsil naziri xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alacaq 41 tələbə ilə görüşüb

Təhsil naziri xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alacaq 41 tələbə ilə görüşüb
# 05 avqust 2013 08:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş ilk 41 tələbə ilə görüşüb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və dövlətin gənclərə göstərdiyi etimadı tam şəkildə doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan təhsil naziri onların ölkənin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyən nazir qeyd etmişdir ki, gəncliyin müasir tələblər səviyyəsində yetişməsinə ayrılan vəsait ölkənin, xalqın firavan gələcəyinin daha etibarlı təminatına zəmin yaradır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş ilk 41 tələbə təhsilini Böyük Britaniya (14 nəfər), Türkiyə (9 nəfər), Kanada (6 nəfər), İsveçrə (6 nəfər), Avstraliya (2 nəfər), Fransa (1 nəfər), Litva (1 nəfər), İsveç (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (16 nəfər), magistratura (16 nəfər), rezidentura (8 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində davam etdirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR