Təhsil Nazirliyi 1-ci siniflər üçün “Azərbaycan dili” və “Riyaziyyat” dərslikləri ilə bağlı TQDK-ya cavab yazıb - YENİLƏNİB

Təhsil Nazirliyi 1-ci siniflər üçün “Azərbaycan dili” və “Riyaziyyat” dərslikləri ilə bağlı TQDK-ya cavab yazıb - <span style="color: red;">YENİLƏNİB
# 01 mart 2013 09:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün “Azərbaycan dili” və “Riyaziyyat” dərsliklərinə dair yekun rəyə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən rəsmi cavab göndərilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, “Azərbaycan dili 1” dərsliyinə Təhsil Nazirliyinin göndərdiyi cavabda yekun rəydə dərsliyin 35-ci səhifəsində verilən mətnlərlə bağlı göstərilmiş irada münasibət bildirilməyıb. Təhsil Nazirliyinin TQDK-ya göndərdiyi rəsmi cavab materialında TQDK-nın yekun rəyi xüsusi proqramla oxunduğundan, müəyyən orfoqrafik səhvlərə yol verilib.

“Riyaziyyat 1” dərsliyinə Təhsil Nazirliyinin göndərdiyi cavabda yekun rəydə dərsliyin 72-ci səhifəsində olan çalışma 7 ilə bağlı göstərilmiş irada münasibət bildirilməyib. Təhsil Nazirliyinin TQDK-ya göndərdiyi rəsmi cavab materialında TQDK-nın yekun rəyi xüsusi proqramla oxunduğundan, müəyyən orfoqrafik səhvlərə yol verilib.

1-ci siniflər üçün “Azərbaycan dili” dərsliyində TQDK-nın rəyində göstərilən 120 iraddan yalnız 18-i qəbul olunub. Bunlardan 6-sı keçilməyən hərfin mətnlərdə işlənməsi, 1-i üslub xətası, 2-si qrammatik xəta, 4-ü orfoqrafik səhv, 3-ü isə durği işarəsi səhvidir, 2-si isə texniki qüsurdur. TN-in rəyində bildirilib ki, 1-ci siniflər üçün “Azərbaycan dili” dərsliyi ilə bağlı TQDK-nın təqdim etdiyi yekun rəydə verilmiş bir çox qeydlər heç bir qaydaya əsaslanmayan subyektiv fikirlərdən ibarətdir.


1-ci siniflər üçün “Azərbaycan dili” dərsliyinə dair TQDK-nın yekun rəyində isə bəzi iradların subyektiv olduğu açıqlanıb. TN komissiya tərəfindən təqdim olunan yekun rəyin müəyyən ziddiyyətlərlə dolu olduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR