Təhsil Nazirliyi: Bu il bəzi dərsliklər TQDK-nın razılığı alınandan sonra çap olunub

Təhsil Nazirliyi: Bu il bəzi dərsliklər TQDK-nın razılığı alınandan sonra çap olunub
# 08 sentyabr 2014 12:12 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev deyib. Onun sözlərinə görə, əvvəlki illərdə nəşr olunan dərsliklərin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən monitorinqi keçirilib. Nazirlik rəsmisi bildirib ki, nəticədə bəzi dərsliklərdə nöqsanlar aşkar olunub, çatışmazlıqlar müəyyənləşdirilib. Ə.Quliyev qeyd edib ki, Təhsil Nazirliyi ötən 1 il ərzində həmin dərsliklərin nəşriyyatlar və müəlliflərlə birlikdə yenidən işlənməsini təmin edib: “Hazırlanmış son variant TQDK-ya yenidən təqdim olunub, onların xeyir-duasını alandan sonra həmin vəsait çap olunub. TQDK tərəfindən xüsusən də II və III sinif dərslikləri ilə bağlı ciddi iradlar tutulub. Həmin dərsliklər nəşriyyat və müəlliflər tərəfindən əsaslı şəkildə işləndikdən sonra dərsliklərin maketi TQDK-ya yenidən qiymətləndirməyə təqdim olunub. Onların ekspertizasından sonra rəy verilib ki, artıq onların çapı məqsədəuyğundur. Bu da bizə imkan verib ki, dərsliklər çap olunandan sonra orada nöqsanların minimuma endirilməsini təmin edək”.

Ə.Quliyev əlavə edib ki, nazirlik daima dərsliklərdəki nöqsanların aradan qaldırılmasına çalışır: “Amma bu bir reallıqdır ki, hələ də Azərbaycan cəmiyyətində peşəkar müəllif kollektivlərini tam formalaşdırmaq mümkün olmayıb. Ancaq bu istiqamətdə nazirliyin atdığı addımlar nəticəsində müəyyən irəliləyiş və addımlar var. Hesab edirik ki, qarşıdakı illərdə dərsliklərin hazırlanmasında elmi-pedaqoji potensialı daha aktiv şəkildə cəlb etmək mümkün olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR