Təhsil Nazirliyi təhsil müəssisəsi rəhbərləri və əməkdaşlarını cəzalandırıb

Təhsil Nazirliyi təhsil müəssisəsi rəhbərləri və əməkdaşlarını cəzalandırıb
# 18 mart 2013 10:01 (UTC +04:00)

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterli olub. Şikayət xarakterli müraciətlərin ümumi sayı 86 olub. Bu müraciətlər ümumi təhsil, ilk peşə-ixtisas təhsili, internat, orta ixtisas və ali təhsil müəs­si­sə­­lə­­rin­dəki problemlərlə əlaqədardır. Fevral ayında “Qaynar xətt” xidmətində ümumi təhsil müəs­si­sə­­lə­­ri ilə bağlı 66 şikayət qəbul edilib. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə və əməkdaşlarına intizam tənbehi tədbirləri tətbiq edilib. Belə ki, Bakı şəhəri, Xətai rayonundakı 260 nömrəli orta məktəbdən daxil olan şikayət araşdırılarkən məktəb rəhbərliyinin idarəetmə sahəsində nöqsanlara yol verdiyi aşkarlanıb, Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə əsasən məktəb rəhbərliyinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Digər araşdırmaların nəticəsində Binəqədi rayonundakı 83 nömrəli məktəb-liseyin riyaziyyat müəlliminə, Sabunçu rayonundakı 69 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminə və Nərimanov rayonundakı 202 nömrəli tam orta məktəbin biologiya müəlliminə xəbərdarlıq elan olunub, Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının şöbə müdirinə töhmət verilib. İlk peşə-ixtisas məktəbləri üzrə 1 şikayət qəbul edilib. Bu şikayət 12 nömrəli Bakı Peşə Məktəbi haqqındadır. Qeyd olunan şikayət araşdırılaraq müvafiq qaydada həll edilib.

Ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı qəbul edilən 19 şikayət xarakterli müraciətin 14-ü dövlət, 2-si isə özəl ali təhsil müəssisələrindən olub. Orta ixtisas təhsili müəssisələri üzrə daxil olmuş 3 müraciət qış imtahan sessiyasının nəticələri, dövlət təhsil sənədinin verilməsinin gecikdirilməsi və digər məsələlərlə bağlıdır. Həmin müraciətlərə araşdırılıb və müvafiq qaydada cavablandırılıb. Müraciətlərdən biri üzrə araşdırmanın nəticəsinə görə Bakı Neft-Energetika Kollecinin 1 müəlliminə kollec rəhbərliyi tərəfindən xəbərdarlıq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR