Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələrin qalibləri mükafatlandırılıb

Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqələrin qalibləri mükafatlandırılıb
# 23 avqust 2013 15:37 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Təhsil Nazirliyi tərəfindən keçirilən IV “Elektron təhsil” və “1 şagird : 1 kompüter” müsabiqələri qaliblərinin mükafatlandırılması mərasimi olub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər iki müsabiqə üzrə bütün layihələr onlayn qaydada təqdim edilib. Müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən onlayn qaydada qiymətləndirilib. “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli”, “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə keçirilən müsabiqəyə 781 layihə təqdim olunub. Müsabiqənin hər üç nominasiyası üzrə qaliblərə diplomlar, noutbuklar, netbuklar, printerlər və digər xüsusi mükafatlar təqdim olunub. Qaliblərlə yanaşı, müsabiqədə fərqlənmiş digər 24 iştirakçıya da müxtəlif hədiyyələr verilib.

“1 şagird : 1 kompüter” müsabiqəsinin birinci mərhələsinə 140 iştirakçının layihəsi qəbul edilib. Ekspert komissiyasının seçimi əsasında ikinci mərhələyə buraxılıb 30 layihədən 9-u qalib gəlib. Müsabiqədə qalib gələn müəllimlərin sinif otağı Təhsil Nazirliyi tərəfindən Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq, noutbukla, proyekotrla, elektron lövhə və şagirdlərin sayına uyğun netbuklarla təchiz ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR