Təhsil və nəqliyyat nazirləri bölgələrə edəcəkləri səfərlərin vaxtını açıqlayıb

Təhsil və nəqliyyat nazirləri bölgələrə edəcəkləri səfərlərin vaxtını açıqlayıb
# 30 mart 2013 12:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil və nəqliyyat nazirləri ölkə prezidentinin tapşırığı ilə bölgələrə edəcəkləri səfərlərin vaxtını açıqlayıb. APA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamaısnda deyib ki, ilk görüşü aprelin 20-də Sumqayıt şəhərində keçiriləcək. Onun sözlərinə görə, orada şimal bölgəsinin təhsil işçiləri ilə görüş təşkil olunacaq: “Təhsil işçilərinin arzu-istəkləri, şikayətləri dinləniləcək və problem həll ediləcək. Əminəm ki, bu addım öz müsbət nəticəsini verəcək”

Nəqliyyat naziri Ziya Məmmədov isə bildirib ki, ilk görüşü aprelin 12-də Qubada keçiriləcək. Nazir deyib ki, digər şimal bölgələrinin sakinləri də qəbula gələ bilərlər: “Bəzi hallarda vətəndaşlar birbaşa mərkəzə gələ və müraciətlərini edə bilmirlər. Ona görə də yerlərdə belə görüşlərin keçirilməsi həm vətəndaşların, həm də məmurların ürəyincədir. Bu görüşlərdə problemlər dinləniləcək, obyektiv və subyektiv səbəblər müəyyənləşəndən sonra lazımi tədbirlər görüləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR