Tərtərdə yeni Olimpiya İdman Kompleksinin təməli qoyulub

Tərtərdə yeni Olimpiya İdman Kompleksinin təməli qoyulub
# 28 fevral 2018 09:34 (UTC +04:00)

Tərtər şəhərində yeni Olimpiya İdman Kompleksinin binasının təməli qoyulub.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev iştirak edib.

Dörd hektar sahədə inşa olunacaq yeni idman kompleksinin tikintisinin 2019-cu ildə başa çatdırılması planlaşdırılıb. Tikinti sahəsi 7320 kvadratmetr, ümumi sahəsi 10792 kv.metr, yaşıllıq sahəsi 27624 kv.metr, abadlıq sahəsi isə 5057 kv.metr təşkil edəcək.

Əsas idman kompleksi binası 6 hissədən (blokdan) və 3 mərtəbədən ibarət olacaq. Kompleksin nəzdində universal idman zalı, üzgüçülük hovuzu, güləş zalı, boks və trenajor zalı fəaliyyət göstərəcək. Bundan başqa, 54 çarpayı yerlik 22 otaqdan ibarət mehmanxana, restoran, mətbəx, həkim otaqları və digər texniki otaqlar da yaradılacaq.

Tərtər Olimpiya İdman Kompleksində açıq havada futbol stadionu, mini futbol meydançası, voleybol-basketbol meydançaları da inşa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR