Tovuz rayonu üzrə TSEK-in açılışı olub - FOTO

Tovuz rayonu üzrə TSEK-in açılışı olub - <span style="color: red;">FOTO
# 28 avqust 2015 11:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tovuz rayonu üzrə 28 saylı Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) üçün müasir tələblərə uyğun yeni iş şəraiti və tibbi avadanlıqlar istifadəyə verilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tibbi-sosial ekspertiza xidmətinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi barədə Prezident İlham Əliyevin tapşırığının icrası istiqamətində məqsədyönlü işlərin aparıldığını vurğulayıb.

Əlillik təyinatında məmur-vətəndaş ünsiyyətinin minimuma enməsinə xidmət edən islahat tədbirlərindən bəhs edən nazir son illərdə tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması üçün görülən işlərin əlilliyi olan şəxslər arasında tam və hissəvi reabilitasiya göstəricilərinin yüksəlməsinə səbəb olduğunu qeyd edib: “Təkcə cari ilin ilk yarımilində ilkin əlillik təyin edilmiş şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 3600 nəfər, təkrar əlil hesab edilənlərin sayı 3 min nəfər azalıb, tam reabilitasiya 3,2%, hissəvi reabilitasiya isə 2,6% təşkil edib. Bu dövrdə eyni zamanda, ilkin əlillərə müddətsiz əlillik təyin edilməsi halları 11,8%, ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş şəxslərin sayı isə 2639 nəfər azalıb”.

S.Müslümov əlilliyin qiymətləndirilməsi sisteminin mütərəqqi dünya təcrübəsindən irəli gələn sosial modelin tətbiqi əsasında yenidən qurulması işlərinin də davam etdirildiyini bildirib: “Əsas məqsəd əlilliyin müəyyən olunmasında şəxsin fiziki və əqli məhdudluğunun təsir etmədiyi potensial əmək qabiliyyətinin və funksionallığının ölçülməsi prinsipinin təmin edilməsidir. Bununla yanaşı, 18 yaşadək uşaqların sağlamlıq imkanlarının müəyyən edilməsi meyarlarının müasir tələblərə cavab verən yeni layihəsi işlənib hazırlanıb ki, həmin layihədəki yeni meyarlar qeyd olunan uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi sistemini təkmilləşdirməyə, bu sahədə də məmur-vətəndaş əlaqələrinin minimal səviyyədə endirməyə imkan verəcək”.

Nazir bildirib ki, tibbi-sosial ekspertiza xidmətinin yaxşılaşdırılması işlərindən biri kimi, ötən ilin ortalarından etibarən artıq nazirliyin 38 TSEK-indən 27-i yeni iş şəraiti və tibbi avadanlıqlarla təmin edilib. Həmin komissiyalar əməkdaşların fəaliyyəti, vətəndaşların qəbulu və əlillik müayinələrinin aparılması üçün artıq müasir iş şəraitinə malikdir. Digər tərəfdən, TSEK-lər ƏƏSMN-nin müvafiq region üzrə digər qurumları eyni inzibati binalarda yerləşdirilir ki, bu da nazirliyin aidiyyəti fəaliyyət sahələri üzrə əhaliyə eyni məkandan xidmətlərin göstərilməsinə, fəaliyyətin əlaqəli şəkildə səmərəli təşkilinə yönəlib.

Tədbir iştirakçıları TSEK-in yeni iş şəraitini, göstərilən tibbi-sosial ekspertiza xidmətini nəzərdən keçiriblər. S.Müslümov Komissiyanın kollektivinə əhaliyə xidmətin layiqli səviyyədə təşkili və vətəndaş müraciətlərinə qayğı ilə yanaşılması, əlillik müayinələrinin aparılmasında şəffaflıq prinsiplərinə ciddi əməl olunması, əlilliyi olan şəxslərin reabilitasiyası məqsədilə bərpa-müalicə müəssisələri ilə əlaqəli fəaliyyətin gücləndirilməsi və s. barədə tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR