Tovuzda Cənubi Qafqazda ən qədim neolit yaşayış məskəni aşkar edilib - FOTO

Tovuzda Cənubi Qafqazda ən qədim neolit yaşayış məskəni aşkar edilib - <span style="color: red;">FOTO
# 01 sentyabr 2014 10:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyevin başçılıq etdiyi ekspedisiya Tokio Universitetinin mütəxəssisləri ilə birgə Hacıələmxanlı neolit məskənində tədqiqatlar aparır. İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədqiqatlar zamanı məskəndən aşkar edilmiş üzvü qalıqların üzərində Tokio Universitetində aparılmış son radiokarbon analizlər Hacıələmxanlı yaşayış məskəninin e.ə. VII minilliyin ortalarına aid olduğunu göstərib. Bununla da Hacıələmxanlı yaşayış məskənini nəinki Azərbaycanda, həmçinin, Cənubi Qafqazda 9 min illik yaşı olan, yəni, neolit dövrünə aid ən qədim yaşayış yeri kimi səciyyələndirmək olar.

Qazıntı zamanı əldə edilmiş materiallar əsasında yürüdülən ilkin ehtimallara görə, çiy kərpiclərdən inşa edilmiş planda dairəvi evlərdən ibarət neolit dövrünə aid erkən qəsəbələr düzənlikdə yaradılıb, daha sonralar isə müxtəlif səbəblərdən (ekoloji adaptasiya, təhlükəsizlik, müdafiə və d.) məskənlərin inşası təbii və süni təpələr üzərində aparılıb.

Azərbaycan – Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Yaponiya tərəfindən rəhbəri Yoshihiro Nishiaki bildirib ki, Azərbaycan və Yaponiya mütəxəssislərinin 2012-ci ildən etibarən bölgədə apardığı tədqiqatlar öz uğurlu məntiqi nəticəsini verib: “Biz Cənubi Qafqazda neolit dövrünün ən qədim yaşayış məskənini aşkar etmişik. Bu böyük uğurdur”.

Azərbaycan – Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Azərbaycan tərəfindən rəhbəri Fərhad Quliyevin bildirdiyinə görə, kəşf edilmiş Cənubi Qafqazın ən qədim neolit məskəni barədə beynəlxalq elm ictimaiyyətinin məlumatlandırılması planlaşdırılır. Həmçinin, aşkar edilmiş maddi mədəniyyət abidələrinin gələcəkdə UNESCO-nun Mədəni İrs Siyahısına daxil etmək üçün müraciət olunması da nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR