TQDK: 20 mindən artıq abituriyent sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib

TQDK: 20 mindən artıq abituriyent sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib
# 28 mart 2013 11:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ( TQDK) aprelin 7-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 28 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ilk sınaq imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Tovuz, Qazax, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Mingəçevir, Lənkəran, Cəlilabad, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyan şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 46 binada keçirilir.

İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 34464 yer ayrılıb. Bu imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə martın 28-də saat 9:00-dan başlanıb. Saat 14:00-a olan məlumata əsasən, artıq 20 mindən artıq abituriyent sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR