TQDK: Buraxılış imtahanlarında riyaziyyatdan “beş” alan olmayıb

TQDK: Buraxılış imtahanlarında riyaziyyatdan “beş” alan olmayıb
# 19 mart 2013 13:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 17-də respublikanın bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanlarında əldə olunan nəticələri açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, buraxılış imtahanı verən Azərbaycan bölməsinin məzunları ana dili və riyaziyyat fənlərinin hər birindən 0-4 suala düzgün cavab verdikdə “iki”, ana dilindən 5-16, riyaziyyatdan 5-15 suala düzgün cavab verdikdə “üç”, ana dilindən 17-25, riyaziyyatdan 16-25 suala düzgün cavab verdikdə “dörd”, ana dilindən 26-30, riyaziyyatdan 25-30 suala düzgün cavab verdikdə “beş” qiyməti alıblar. Rus bölməsinin məzunları isə riyaziyyat fənni üzrə düzgün cavab verməsi tələb olunan sualların sayı Azərbaycan bölməsi ilə eyni olsa da ana dilindən 0-4 suala düzgün cavab verənlər “iki”, 5-16 suala düzgün cavab verənlər “üç”, 17-24 suala düzgün cavab verənlər “dörd”, 25-30 suala düzgün cavab verənlər isə “beş” qiyməti alıblar.

Buraxılış imtahanının nəticələrinə əsasən imtahanda iştirak edən 4675 şagirdin yalnız 4 nəfəri ana dilindən “beş” alsa da riyaziyyatdan “beş” qiymət alan olmayıb. Məzunların 84 nəfəri ana dilindən, 96 nəfəri riyaziyyatdan “dörd”, 3663 nəfəri ana dilindən, 3751 nəfəri riyaziyyatdan “üç”, 924 nəfəri ana dilindən, 828 nəfəri isə riyaziyyatdan “iki” qiyməti alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR