TQDK sədri: “Buraxılış imtahanlarının nəticələri müəyyən rayonlarda çox qorxuludur”

TQDK sədri: “Buraxılış imtahanlarının nəticələri müəyyən rayonlarda çox qorxuludur”
# 11 iyul 2014 10:51 (UTC +04:00)

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib ki, imtahanda iştirak edən şagirdlərin sayı keçən illə müqayisədə 4% azalıb. O bildirib ki, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri müəyyən rayonlarda çox qorxuludur. TQDK sədri qeyd edib ki, IX siniflər üzrə Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Zərdab, Hacıqabul, Ağcabədi rayonlarında ölkə üzrə həm “Riyaziyyat”, həm də “Ana dili”ndən ən aşağı nəticələr göstərilib.


M. Abbaszadə əlavə edib ki, XI sinif şagirdlərinin nəticələrində orta bal IX illik təhsil bazası üzrə nəticələrə nisbətən artıb. Onun sözlərinə görə, IX siniflərlə müqayisədə XI sinif üzrə imtahanda iştirak edənlərin sayı azdır, amma nəticələri daha yüksəkdir: “XI sinifə gələn uşaqlar daha məşğul olurlar. Onlar təhsillərini davam etdirmək istədikləri üçün daha yaxşı nəticə göstərirlər. XI siniflərdə “Ana dili” fənni üzrə Hacıqabul, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsən, “Riyaziyyat” fənni üzrə Hacıqabul, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsəndə məzunların nəticələri ölkə ilə müqayisədə çox aşağıdır”.


M. Abbaszadə buraxılış imtahanlarında nəticələrinə əsasən, rayonlarda qeydə alınan gender problemlərini də açıqlayıb. O bildirib ki, ölkə üzrə IX sinifdə buraxılış imtahanı verən oğlan və qızların sayı təxminən 50-50%-dir: “2014-cü ildə buraxılış imtahanında iştirak edən oğlanların sayı 53%, qızların sayı isə 46% olub. Amma elə rayonlar var ki, orada IX sinifdə oxuyan oğlanların sayı 60%-dən çoxdur, hətta IX sinifdə oxuyan qızlar yoxdur. Həmin rayonlar Şamaxı və Qobustan rayonlarıdır. XI sinifdə buraxılış imtahanında iştirak edənlərin 56%-i oğlanlar, 44%-i qızlar təşkil edir. Ancaq elə rayonlar var ki, məsələn, Lerikdə imtahan verənlərin 70-80%-dən çoxu oğlanlardır və qızların sayı çox azdır. Zərdab, Balakən, Qaxda isə buraxılış imtahanında iştirak edən oğlanların sayı qızların sayından daha azdır. XI sinifdə oxuyan oğlanların sayı qızların sayından təxminən 40%-dən aşağıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR