TQDK sədri Məleykə Abbaszadə Mingəçevirdə vətəndaşları qəbul edib

TQDK sədri Məleykə Abbaszadə Mingəçevirdə vətəndaşları qəbul edib
# 12 iyun 2013 10:18 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyunun 12-də Mingəçevir şəhərində vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, TQDK sədri Mingəçevir şəhərindən və ətraf rayonlardan olan sakinləri, o cümlədən şəhərdə məskunlaşan məcburi köçkünləri qəbul edərək onların şikayət və təklifləri ilə tanış olub.

Görüşdə 60-dan artıq vətəndaş iştirak edib. Onlar təhsil haqqının ödənilməsi, imtahanların nəticələri, işlə təminat məsələləri və təhsil sahəsində qarşılaşdıqları digər çətinliklərlə bağlı müraciətlər ediblər. Vətəndaşlar eyni zamanda buraxılış, sınaq və qəbul imtahanlarına dair sorğu, fikir və təkliflərini bildiriblər. Müraciətlərin müəyyən hissəsi isə TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı olub. Həmin müraciətlər müvafiq tədbirlərin görülməsi üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR