TQDK sədri Şirvan və Ağcabədi şəhərlərində vətəndaşları qəbul edəcək

TQDK sədri Şirvan və Ağcabədi şəhərlərində vətəndaşları qəbul edəcək
# 26 avqust 2013 07:17 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə sentyabrın 2-də Şirvan şəhərində, sentyabrın 3-də isə Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şirvan şəhərində keçiriləcək qəbulda Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayon sakinləri, Ağcabədi şəhərində keçiriləcək qəbulda isə Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Tərtər, Bərdə, Zərdab və İmişli rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR