TQDK sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlərə müraciət edib

TQDK sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlərə müraciət edib
# 30 mart 2013 07:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətdə deyilir ki, sınaq imtahanlarına yazılmaq istəyən hər bir şəxs TQDK-nın internet saytının “Sınaq imtahanlarına yazılış” bölməsinə daxil olub əldə etdiyi virtual ödəmə kartından istifadə etməklə özünə istifadəçi səhifəsi yaratmalıdır. Səhifə yaradıldıqdan sonra istifadəçinin balansında kart vasitəsilə yüklədiyi məbləğ mövcud olacaq.

İstifadəçilər sınaq imtahanlarında neçə dəfə iştirak etmək istədiklərini nəzərə alıb lazım bildikləri qədər yeni ödəmə kartı əldə edib balanslarını artıra bilərlər. Əgər abituriyent yüklədiyi kart vasitəsilə qarşıdakı sınaq imtahanına yazılmayıbsa, o balansında olan məbləğdən istifadə etməklə növbəti sınaq imtahanına yazıla bilər. Belə ki, 2013-cü ildə əldə edilmiş ödəmə kartı 2013-cü il ərzində TQDK tərəfindən keçiriləcək istənilən sınaq imtahanına yazılmaq üçün etibarlığını itirmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR