Türkiyədə akademik Çingiz Cuvarlının xatirəsinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Türkiyədə akademik Çingiz Cuvarlının xatirəsinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
# 06 avqust 2013 16:31 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Türkiyədə görkəmli energetik-alim, SSRİ dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Çingiz Cuvarlının xatirəsinə həsr olunan “Energetikanın texniki-fiziki problemləri” adlı IX beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, beynəlxalq konfrans bu il sentyabrın 9-11 tarixlərində İstanbulda təşkil olunacaq. İstanbul Texniki və İstanbul İşıq universitetlərində baş tutacaq tədbir AMEA, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və adları çəkilən universitetlər tərəfindən təşkil olunacaq tədbirə Türkiyə və Azərbaycandan əlavə ABŞ, Norveç, İspaniya, İran və s. ölkələrin alimləri qatılacaq.

Azərbaycandan konfransın mövzusu ilə əlaqədar 35 məruzə qəbul olunub. Məruzələrin müəllifləri AMEA-nın Fizika, Riyaziyyat və Kibernetika, Kimya Problemləri və s. institutları, “Azərenerji” ASC-nin Energetika İnstitutu, Bakı, Sumqayıt, Naxçıvan dövlət universitetləri, həmçinin Azərbaycan Texniki Universiteti və digər təhsil müəssisələrinin əməkdaşlarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR