U-17 Avropa Çempionatı Azərbaycan-2016 çərçivəsində məktəblərdə görüşlər keçirilib

U-17 Avropa Çempionatı Azərbaycan-2016 çərçivəsində məktəblərdə görüşlər keçirilib
# 04 may 2016 15:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016” turnirinin yerli Təşkilat Komitəsinin əməkdaşları Təhsil Nazirliyinin dəstəyilə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərinin şagirdlərilə görüşlər keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşlərin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin futbola marağını artırmaq, müvafiq təbliğat işləri aparmaq və U-17 çempionatı barəsində şagirdləri məlumatlandırmaqdan ibarətdir. Ümumilikdə, paytaxtın 46 ümumi təhsil müəssisəsində 3700 nəfərədən artıq şagirdlə görüş keçirilib. Görüşlərdə ölkə çempionatında və yığma komandada çıxış edən futbolçular, eləcə də U-17 çempionatında çıxış edəcək gənclər və Bakıda keçiriləcək U-17 Avropa Çempionatının səfiri, əməkdar artist Röya da iştirak edib.

Görüşlər çərçivəsində çempionat barədə məktəblilərə məlumat verilib və onların sualları cavablandırılıb. Həmçinin, U-17 Avropa Çempionatı vasitəsilə uşaqların futbola, sağlam həyat tərzinə həvəsləndirilməsi, bu turnirə və komandamıza dəstək verməyin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR