UNICEF-in Azərbaycan nümayəndəliyinin yeni rəhbəri vəzifəsinin icrasına başlayıb

UNICEF-in Azərbaycan nümayəndəliyinin yeni rəhbəri vəzifəsinin icrasına başlayıb
# 08 sentyabr 2014 13:02 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadze vəzifəsinin icrasına başlayıb. Nümayəndəlikdən APA-ya verilən məlumata görə, A. Şilakadze bu vəzifəni Mark Herevarddan sonra davam etdirəcək.

“Azərbaycan uçaq hüquqlarının qorunmasında nailiyyətlər əldə edib və ən həssas qrupları da əhatə edə bilmək üçün uğurlar qazanmağa davam edir. UNİCEF uşaqların ehtiyaclarını qarşılamaqda və xüsusilə də imkansız uşaqlara diqqət və qayğı təmin etməkdə ölkəyə kömək göstərməyi öz öhdəsinə götürüb”, – deyə A. Şilakadze qeyd edib.

A. Şilakadze bundan əvvəl UNICEF-in Pakistanın Karaçi şəhərindəki sahə ofisinin rəhbəri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR