Ümumdünya Səhiyyə Təşkilatı: Yaşlı insanların 10%-ə qədəri pis münasibətdən əziyyət çəkir

Ümumdünya Səhiyyə Təşkilatı: Yaşlı insanların 10%-ə qədəri pis münasibətdən əziyyət çəkir
# 16 iyun 2016 08:01 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yaşlı insanların 10%-ə qədəri qəddar münasibətdən əziyyət çəkir.

 

APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, BMT baş katibi Pan Gi Mun bununla əlaqədar yaydığı müraciətdə yaşlı insanları fiziki zorakılıq, psixoloji təzyiq və maliyyə fırıldaqçılıqlarından qorumağa çağırıb: “Məni xüsusən cadugərlikdə ittiham edilən qadınlar barəsində informasiyalar narahat edir. Məhz bu səbəbdən onlara qohumları və cəmiyyət nümayəndələri tərəfindən pis münasibət göstərilir”.

 

P. G. Mun üzv dövlətlər və vətəndaş cəmiyyəti nümayəndələrini yaşlı insanlara münasibətdə zorakılığın bütün formalarını aradan qaldırmağa çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR