Vəkilliyə yeni qəbul olunmuş şəxslərə vəsiqələr təqdim edilib

Vəkilliyə yeni qəbul olunmuş şəxslərə vəsiqələr təqdim edilib
# 06 yanvar 2018 12:30 (UTC +04:00)

Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş 18 nəfər yeni vəkilə vəsiqələr təqdim olunub.

Vəkillər Kollegiyasından APA-ya verilən məlumata görə, bununla bağlı keçirilən tədbiri Vəkillər Kollegiyasının sədri Anar Bağırov açaraq ölkədə vəkilliyin cari vəziyyəti, vəkillik peşəsinin nüfuzunun artırılması istiqamətində görülən işlərə və gələcək planlar barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirin sonunda vəkillərə vəsiqələr təqdim olunub, onlara öz fəaliyyətlərində uğurlar arzulanıb və vəkillik peşəsini həyata keçirərkən yüksək vəkil adını daim uca tutmaları sədr tərəfindən vəkillərə tövsiyə olunub.

Qeyd olunub ki, vəkillik fəaliyyəti haqqında qanunvericiliyin tələbinə uyğun olaraq, şifahi müsahibədən uğurla keçmiş vəkillər tərkib etibarilə sabiq vəkillərdən, hakimlərdən, habelə hakimliyə qədərki dövrdə vəkillik fəaliyyəti ilə məşğul olan hüquqşünaslardan ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR