Vergilər Nazirliyində kitab sərgisi keçirilib

Vergilər Nazirliyində kitab sərgisi keçirilib
# 07 may 2013 15:19 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Vergilər Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birgə Heydər Əliyev irsini əks etdirən kitab sərgisi nümayiş etdirilib.

APA-Economics”in xəbərinə görə, sərgini giriş sözü ilə açan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli bildirib ki, Kitabxananın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də Heydər Əliyev irsinin tədqiqi və təbliğidir. Məqsəd Heydər Əliyevin yüksək ideyalarının, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılmasıdır.

Qeyd olunub ki, təqdim olunan sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, onun respublikanın sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində apardığı ardıcıl, məqsədyönlü siyasəti, elm, təhsil, mədəniyyət sahəsindəki xidmətlərini əks etdirən 1000-dən çox kitab nümayiş etdirilir.

Vergilər nazirinin müavini Sahib Ələkbərov Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu vurğulayaraq, onun Azərbaycançılıq ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynadığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR