Xaçmazda meşədə başı kəsilmiş at cəsədi aşkarlanıb

Xaçmazda meşədə başı kəsilmiş at cəsədi aşkarlanıb
# 05 may 2017 08:34 (UTC +04:00)

Xaçmaz rayonunun Padar kəndində meşə massivində kəsilmiş at tapılıb.

Xaçmaz Baytarlıq İdarəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, atı Bakı şəhərində satmaq məqsədilə kənd sakini İsmayıl Məmmədovun kəsdiyi müəyyənləşib.

O, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. At cəsədi müayinə olunmaq üçün Baytarlıq İdarəsinə aparılıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR