Xətainin abidəsi yerləşən parkın ətraf ərazisinin bağlanmasına rəsmi aydınlıq gətirilib

Xətainin abidəsi yerləşən parkın ətraf ərazisinin bağlanmasına rəsmi aydınlıq gətirilib
# 07 iyul 2014 12:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Xətai rayonunda Yusif Səfərov küçəsindəki Şah İsmayıl Xətainin abidəsi yerləşən parkın ətraf ərazisinin bağlanmasına rəsmi aydınlıq gətirilib.

Xətai rayon İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, ərazidə müvafiq abadlıq işləri görülür. Xətainin heykəli yerləşən kiçik parkda abadlıq işləri aparılır. Rayon ərazisində mütəmadi belə işlər görülür. Çatışmazlıqlar olduqda, onlar tez bir zamanda aradan qaldırılır. Mütəmadi rayonun müxtəlif yerlərində abadlıq işləri gedir, Yusif Səfərov küçəsindəki parkda olan işlər də bunun bir qismidir. Yaxın zamanlarda ərazidə abadlıq işləri başa çatandan sonra kiçik park yenidən vətəndaşların istifadəsinə veriləcək.

İcra Hakimiyyətindən ərazidə hansısa digər abidənin və ya heykəlin qoyulmasına da aydınlıq gətirilib. Qeyd olunub ki, həmin ərazidə hansısa belə işləri görülməsi nəzərdə tutulmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR