Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş uşaqlarla bağlı Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək

Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş uşaqlarla bağlı Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək
# 19 mart 2013 12:09 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bu gün nazirlikdə Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 uşaqla keçirilən görüşdə deyib. O bildirib ki, təkliflərdə həmin uşaqların mənzillə, işlə təmin edilməsi, onlara şəhid övladı statusunun verilməsi və digər məsələlər öz əksini tapacaq. Nazirin sözlərinə görə, neçə illər keçməsinə baxmayaraq bu gün də müəyyən çətinliklər içərisində yaşayan uşaqların problemlərin həlli üçün müvafiq dövlət qurumları lazımi işlər görməlidir: “Müəyyən işləri görmək üçün qanunvericilikdə hansısa dəyişikliyin edilməsini və ya müvafiq qərarların verilməsini gözləmək lazım deyil. Hər kəs öz üzərinə düşən işi həll etməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunması istiqamətində müvafiq işlər görüləcək. Bundan əlavə, 25 uşağın problemləri hər zaman nazirliyin diqqətində olacaq. Lazım olduqca onlara lazımi köməkliklər ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR