Yağışlar çaylarda suyun səviyyəsini artırıb

Yağışlar çaylarda suyun səviyyəsini artırıb
# 10 iyun 2013 10:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Keçən günlər ərzində arabir yağan yağışlar nəticəsində Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 8-10 sm, Kiçik Qafqazın çaylarında 1-3 sm, Lənkəran-Astara bölgəsi çaylarında isə 7-11 sm artım qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 80-90, Lənkəran-Astara bölgəsi çaylarında 30-60, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.


İyunun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 188 m3/s olmaqla, ongünlük normanın 31 faizini təşkil edir. Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 55 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 218 m3/s olmaqla, ongünlük normanın 111 faizini təşkil edir. Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişikliklər müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsində 4 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, lakin Salyanda 10 sm, Bankədə 4 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR