Yol polisi yağıntılı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Yol polisi yağıntılı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
# 18 fevral 2015 07:49 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, yağıntılı hava şəraiti ilə əlaqədar paytaxt yollarında bu saata kimi heç bir problem yaranmayıb.

V. Əsədov sürücülərə məsləhət görüb ki, yağıntılı hava ilə əlaqədar olaraq şüşə təmizləyəni və tormoz sistemi nasaz olan avtomobillərdən istifadə etməsinlər, avtomobilləri minimum surətlə idarə etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR