Ziya Məmmədov: “Mayın sonlarında 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək”

Ziya Məmmədov: “Mayın sonlarında 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək”
# 30 mart 2013 11:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. “Hazırda prezident İlham Əliyevin tapşırığı ilə ictimai nəqliyyatda kart sisteminin tətbiqi üçün iş aparılır”. APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov verib.

Onun sözlərinə görə, prezidentin tapşırığı ilə kart sistemi yalnız avtobuslarda deyil, metro sistemində də vahid kartla həyata keçiriləcək: “Türkiyənin müvafiq şirkətləri ilə bu istiqamətdə birgə işlər görülür. Mayın sonundan ilk 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək. Bu il ərzində onların sayının minə çatdırılması nəzərdə tutulub. Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına kimi bu sistem tam başa çatdırılaraq vətəndaşların istifadəsinə veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR