Yolun hərəkət hissələrinin kəsişməsində dayanma-durmaya görə yeni cərimə müəyyənləşir

Yolun hərəkət hissələrinin kəsişməsində dayanma-durmaya görə yeni cərimə müəyyənləşir
# 24 yanvar 2022 12:48 (UTC +04:00)

Nəqliyyat vasitəsinin yolun hərəkət hissələrinin kəsişməsində dayanmasına və ya durmasına görə yeni cərimə müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 25 yanvar tarixində keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsini müvafiq kənarından ikinci və ya sonrakı cərgələrdə qanunsuz olaraq səkilərdə, habelə hərəkət hisslərinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarında 5 metrdən az yaxınlıqda hərəkət hissəsində dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə edilməsi təklif olunur.
Eyni zamanda ümumi istifadədə olan nəqliyyat vasitələrinin 1.17, 1.17.1 nişanlanma xətti ilə işarələnmiş dayanacaq meydançasında, həmin meydançanın, belə meydança olmadıqda isə 5.12, 5.13 yol nişanlarının hər iki tərəfindən 15 metrdən az yaxınlıqda, habelə 5.14 nişanı ilə işarələnmiş minik taksilərinin duracaq yerlərində digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR