Milli Məclisin deputatı İstanbulda keçiriləcək “Minilliyin inkişaf sammiti: Ana və uşaq ölümünün azaldılması” mövzusunda II Parlament Forumunda iştirak edəcək

Milli Məclisin deputatı İstanbulda keçiriləcək “Minilliyin inkişaf sammiti: Ana və uşaq ölümünün azaldılması” mövzusunda II Parlament Forumunda iştirak edəcək
# 30 iyun 2010 07:55 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Minilliyin inkişaf sammiti: Ana və uşaq ölümünün azaldılması” mövzusunda II Parlament Forumunda iştirak etmək üçün Türkiyəyə səfərə gedib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İstanbulda keçiriləcək tədbirdə ana və uşaq ölümünün səviyyəsinin azaldılması, gələcək nəsillərin sağlam böyüməsi üçün görülən tədbirlər, bu sahədə parlamentlərin rolu, informasiya, təcrübə mübadiləsi və digər məsələlər ətrafında diskussiyalar aparılacaq. M. İbrahimqızı müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini açıqlayacaq, Azərbaycanda ana və uşaq sağlamlığının mühafizəsi sahəsində görülən işlər barədə məlumat verəcək. Səfər iyulun 1-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR