İyunun 28-də Bakıda “Məzun gecəsi” keçiriləcək

İyunun 28-də Bakıda “Məzun gecəsi” keçiriləcək
# 21 iyun 2012 10:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İyunun 28-də Bakıda “Məzun gecəsi” keçiriləcək. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektounun müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, BŞTİ-nin təşkilatçılığı və “Bakcell” şirkətinin sponsorluğu ilə keçiriləcək tədbir H. Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq. Tədbirdə Bakı məktəblərinin 4 minə yaxın məzunun iştirakı gözlənilir. Bu il Bakı məktəblərini 23 minə yaxın məzun bitirib.

Z. Əliqızı bildirib ki, tədbir iki hissədən ibarət olacaq. Tədbirin rəsmi hissəsində bu il Bakı məktəblərini qızıl və gümüş medalla bitirən şagirdlərin təltif edilməsi mərasimi keçirləcək, təhsil naziri Misir Mərdanovun və BŞTİ-nin müdiri Nailə Rzaquliyevanın təbrik çıxışları olacaq. Tədbirin ikinic hissəsində isə yerli və xarici estrada ulduzlarının iştirakı ilə konsert və diskoteka təşkil ediləcək. Tədbir gecə saatlarına qədər davam edəcək.

Bu il Bakı məktəblərini 23 minə yaxın məzun bitirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR