BMT-nin baş katibi 26 iyun Beynəlxalq işgəncə qurbanlarına dəstək günü ilə bağlı müraciət yayıb

BMT-nin baş katibi 26 iyun Beynəlxalq işgəncə qurbanlarına dəstək günü ilə bağlı müraciət yayıb
# 26 iyun 2012 12:30 (UTC +04:00)
BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, baş katib öz müraciətində bildirib ki, işgəncələrə qarşı Konvensiyanın qüvvəyə mindiyi gündən 25 il keçir, lakin hələ də qəddar və qeyri-insani hərəkətlərin tətbiqi geniş yayılmış olaraq qalmaqdadır: “Hər gün qadınlar, kişilər və uşaqlar onların ləyaqətlərini və insani dəyərlərini təhqir etmək məqsədi daşıyan işgəncələrə və pis rəftara məruz qalırlar. Bəzi hallarda, bu qəsdən əhalidə vahimə yaratmaq və insanlara hədə-qorxu gəlmək məqsədi daşıyan dövlət siyasətinin tərkib hissəsi olur. Bir çox ölkələrdə, insanların qanuni azadlıq və insan hüquqları tələbləri amansızcasına pozulur. Hətta rejimlər dəyişdirildikdə belə, işgəncə və cəzasızlıq davam edir. Bu ilki Ümumdünya İşgəncə Qurbanlarına Dəstək Günündə, biz dünyanın hər bir yerində yüz minlərlə işgəncə qurbanları və onların ailə üzvləri ilə həmrəyliyimizi ifadə edir və onları dəstəkləyirik. Biz, həmçinin dövlətlərin nəinki işgəncənin qarşını alma, həm də işgəncə qurbanlarını dərhal effektiv və təcili hüquqi müdafiə, kompensasiya və müvafiq sosial, psixoloji və tibbi yardım və digər reabilitasiya xidmətləri ilə təmin etmə öhdəliklərini də qeyd edirik. Mən, dünyada cari iqtisadi qeyri-sabitliyə baxmayaraq, dövlətləri bu tendensiyaya qayıtmağa çağırıram. Beynəlxalq ictimaiyyət işgəncə və cəzasızlığa qarşı mübarizə aparmaq üçün öz aydın iradəsi və götürdüyü öhdəliyi, işgəncə qurbanlarına dəstək olmaqla sübut edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR