2300-dən çox əlilliyi olan şəxs kvota yerləri üzrə işlə təmin edilib

2300-dən çox əlilliyi olan şəxs kvota yerləri üzrə işlə təmin edilib
# 05 mart 2024 18:01 (UTC +04:00)

2023-cü ildə 2314 nəfər əlilliyi olan şəxs kvota yerləri üzrə işlə təmin edilib.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə, iş tapmaqda çətinlik çəkən şəxslərə dəstək olmaq, onların məşğulluğunu təmin etmək, həmçinin işəgötürənlərin işçilərin işə qəbul edilməsində iştirakının stimullaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İşəgötürənlərlə birgə sosial iş yerlərində əmək haqqının birgə maliyyələşdirilməsi proqramını həyata keçirir. Proqrama əsasən sosial iş yerlərində 2 ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizi 3 aydan 1 ilədək müddətə ƏƏSMN tərəfindən maliyyələşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR