Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 95 399 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən APA-ya bildirilib ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2 548-i əkiz, 84-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.