DİM sədri: "Onlayn imtahanlarla əlaqədar müəyyən araşdırmalar aparılır"

DİM sədri: "Onlayn imtahanlarla əlaqədar müəyyən araşdırmalar aparılır"
# 21 aprel 2020 12:35 (UTC +04:00)

“Onlayn imtahanlarla əlaqədar müəyyən araşdırmalar aparmışdıq. Qeyd etdiyim kimi, əsas məsələ ədalətlilik prinsipidir. Onlayn imtahan üçün hamının evində müəyyən proqram təminatı, kompüter, kamera və s. olmalıdır. Bu məsələyə də baxırıq”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məsələ karantin qaydalarının dəyişməsindən asılıdır: “Onlayn imtahan keçirmək üçün imtahanın təhlükəsizliyini izləmək çox ciddi texniki məsələdir, bunu təmin etmək üçün çox böyük maddi resurs lazımdır. Burada təkcə bizim təşkilata aid olmayan internetin sürəti və s. vacibdir, bunlar kompleks məsələlərdir. Burada təkcə onlayn yox, offlayn imtahanlar da müzakirə olunur. Bunu Təhsil Nazirliyi ilə də məsləhətləşirik ki, həmin prosesi izləmək nə qədər mümkündür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR