Gəncədə Rus İcmasının üzvlərinə sovqat verilib

Gəncədə Rus İcmasının üzvlərinə sovqat verilib
# 21 aprel 2020 11:47 (UTC +04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq, Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gəncədə yaşayan rus icmasının üzvlərinə sovqat paylanılıb. İcmanın aztəminatlı üzvlərinə və Aleksandr Nevski Rus Pravoslav kilsəsində xidmət göstərən, dini ayinləri icra edən şəxslərə də yardımdan pay düşüb.

Aleksandr Nevski Rus Pravoslav kilsəsinin baş keşişi Varfolomey Denis Sotnikov qeyd edib ki, Azərbaycan tolerant dəyərlərə sadiq ölkədir: “Bu gün Azərbaycanda xristian tarixi abidələri, kilsələri qorunub saxlanılır. Ölkə rəhbərliyi səviyyəsində digər xalqların və dinlərin nümayəndələrinə, o cümlədən onlara xüsusi qayğı ilə yanaşılır”.

O, göstərilən diqqətə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR