“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 43 küçə və prospektdə 01-09.04.2020 tarixlərini əhatə edən araşdırmalarına əsasən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən tədbirlərlə əlaqədar küçə və prospektlərdə nəqliyyat axınında təxminən 30% azalma müşahidə edilib”.
APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, xarici ölkə şəhərlərinin təcrübəsində isə xüsusi karantin günlərində yollarda nəqliyyat axını ilə bağlı azalma ən az 60-70% təşkil edir:
“Göstərilən müddət ərzində ən böyük azalma aprelin 5-də, ən böyük artım isə aprelin 1-də qeydə alınıb. Son iki gündə - yəni, aprelin 8 və 9-da isə nəqliyyat vasitələrinin sayında artım müşahidə olunur”.
Kiçik, orta və iri tutumlu nəqliyyat vasitələri üzrə araşdırma nəticəsində əldə olunan məlumat aşağıdakı cədvəldə öz əksini tapıb:
Tarix Kiçik (3-5 metr) Orta(5-8 metr) İri(8-15 metr) CƏM
01.04.2020 397748 168883 3699 570330
02.04.2020 374107 148869 2796 525772
03.04.2020 380953 149531 2831 533315
04.04.2020 359037 147980 3146 510163
05.04.2020 145797 63838 1395 211030
06.04.2020 262477 114565 2060 379102
07.04.2020 278286 113374 1696 393356
08.04.2020 297925 126688 1809 426422
09.04.2020 302350 130173 2066 434579