Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.
APA-nın məlumatına görə, Birinci vitse-prezidentin bununla bağlı "İnstagram" paylaşımında deyilir:
"Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram! Allah orucunuzu qəbul etsin!".