Qar yağacaq, yollar buz bağlayacaq

Qar yağacaq, yollar buz bağlayacaq
# 09 fevral 2020 13:55 (UTC +04:00)

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, güclü şimal-qərb  küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz  1-3° isti olacaq. 

Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.

Nisbi rütubət  gecə və gündüz  75-85%  olacaq.  

Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə  intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu  gecə 0-5° şaxta, gündüz 1-6°  isti, dağlarda gecə 10-15° şaxta, gündüz  3-8° şaxta olacaq.  Yolların buz bağlama ehtimalı var. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR