"Veysəloğlu" MMC ictimaiyyət və Kütləvi İnformasiya Vasitələrinə müraciət edib.
APA-nın məlumatına görə, müraciətdə qeyd olunur ki, son günlər "Veysəloğlu" MMC adından bir çox yerli, habelə xarici şirkət e-mail adreslərinə spam maillər göndərilib: “Qeyd etmək istəyirik ki, bu kimi maillər kimliyini dəyişmə metodikası (spofing) ilə göndərilir. Spam mail ilk öncə ölkəmizdə, sonra isə İngiltərə, Xorvatiya və sair ölkələrdən generasiya olub. Maillərdə yeni sifarişlər, ödəniş tələbləri ilə bağlı müxtəlif məzmunlar qeyd edilib. Veysəloğlu MMC olaraq bu məzmunlu e-maillərə etimad etməməyinizi, göndərilən e-mail və ya linkə daxil olmadan silməyinizi xahiş edirik”.