ABŞ Almaniya və Kanadaya "P-8A" təyyarələri tədarük edəcək

ABŞ Almaniya və Kanadaya "P-8A" təyyarələri tədarük edəcək
# 01 mart 2024 04:23 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyi Almaniya və Kanadaya "P-8A Poseidon" dəniz patrul təyyarələrinin tədarükü üçün "Boeing" şirkəti ilə 3,4 milyard dollarlıq müqavilə imzalayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, Kanadaya 14, Almaniyaya isə 3 anti-sualtı patrul təyyarəsinin alınması və çatdırılması, habelə müvafiq mühəndislik işlərinin görülməsi nəzərdə tutulur.

"P-8A Poseidon" təyyarəsi "Boeing 737-800" sərnişin təyyarəsi əsasında yaradılmış yeni nəsil sualtı patrul təyyarəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR