ABŞ silah satışı ilə bağlı Səudiyyə Ərəbistanına qoyulan məhdudiyyəti ləğv edib

ABŞ silah satışı ilə bağlı Səudiyyə Ərəbistanına qoyulan məhdudiyyəti ləğv edib
# 10 avqust 2024 01:51 (UTC +04:00)

ABŞ hökuməti Səudiyyə Ərəbistanına bəzi hava-yer sursatlarının satışına qoyulan məhdudiyyətləri aradan qaldırır.

APA xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

"Dövlət Departamenti Səudiyyə Ərəbistanına bəzi havadan-yerə döyüş sursatlarının daşınmasına qoyulan müvəqqəti məhdudiyyəti ləğv edir. Biz adi silahların ötürülməsi siyasətinə uyğun olaraq yeni hərbi paketi ayrı-ayrılıqda nəzərdən keçirəcəyik. Bu məhdudiyyət 2021-ci ilin əvvəlində həyata keçirilib. Məhdudiyyətin səbəbi isə ər-Riyadın Yəməndəki münaqişədə hücum əməliyyatlarına, o cümlədən ABŞ silahlarının müvafiq tədarükünə dəstəyi dayandırdığını elan etməsi olub”, - deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın bu qərarı Səudiyyə Ərəbistanının 2022-ci ilin aprelində Yəməndə bağlanmış atəşkəs rejiminin şərtlərinə əməl etməyə davam etməsi əsasında verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR