“Evimiz o qədər rahatdır ki, bundan yaxşı evi heç təsəvvür də etmirəm".
APA xəbər verir ki, bunu Ağdam rayonu Kəngərli kənd sakini Həsən Balakişiyev deyib.
O, kənddən məcburi köçkün düşəndə 39 yaşının olduğunu bildirib: “İndi 71 yaşım var. Köçkün həyatı yaşadığımız 33 il ərzində hər zaman düşünürdüm ki, görəsən, bir daha Ağdamı, Kəngərlini görəcəm? Dövlətimizin, dövlət başçısının bizə verdiyi ən dəyərli mükafat torpaqlarımızın geri alınması, kəndimizə köçməyimizdir. Ən sevindirici hal məcburi köçkün statusunun keçmişdə qalmasıdır. Sevincimiz sonsuzdur. Bu günümüzə şükür”.