Ali məktəblərə və 11 illik bazadan kolleclərə ərizə qəbulu sistemi yenidən aktiv edilib

Ali məktəblərə və 11 illik bazadan kolleclərə ərizə qəbulu sistemi yenidən aktiv edilib
# 30 may 2019 12:07 (UTC +04:00)

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi mayın 30-dan iyunun 10-dək yenidən aktiv edilib.

Dövlət İmtahan Mərkəzindən ONA-ya verilən məlumata görə, elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda göstərilən tarixlərdə qeydiyyatdan keçməlidirlər. Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir. V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrinə əlavə etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər.

Buraxılış imtahanını vermiş, lakin 15 mart – 15 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə (yalnız cari ilin məzunları) ərizələrini doldurub təsdiq etməklə ali təhsil müəssisələrinin I-IV, V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər. V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrində qeyd etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər.

Qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyənlər, dövlət dili kimi “Azərbaycan dili” fənni üzrə keçirilən imtahandan “qeyri-məqbul” qiymət alanlar müsabiqəyə buraxılmırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR